COP29 çərçivəsində Bakıya gələn dünyaca məşhur aktyor Teo Ceyms sammitdə çıxış edib.
OLAY-ın əldə etdiyi məlumata görə, o, tədbirdə bunları söyləyib:
“Biz İtki və Zərərə Cavab Fondunu cəlb etmək istəyirik, lakin UNHCR-in (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı) 12 tədqiqat qrupu ilə aparılan araşdırmadan sonra qaçqınların da bu Fonda daxil edilməli olduğunu düşünürük. Çünki onlar iqlim dəyişikliyinin ön cəbhəsindədirlər”.
Qeyd edək ki, Ceyms 2016-cı ilin iyun ayında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə Yunanıstana gedib və suriyalı qaçqınlarla görüşüb və onların vəziyyəti haqqında məlumat alıb. O, bundan sonra qaçqınların hüquqlarının tərəfdarı olub və Suriya vətəndaş müharibəsi nəticəsində didərgin düşmüş insanlara daha çox humanitar yardım göstərilməsinə çağırış edib.