Hollivud ulduzu, BMT-nin xoşməramlı səfiri Ancelina Coli ABŞ Konqresində məişət zorakılığı ilə bağlı çıxış edərkən göz yaşlarını saxlaya bilməyib.
OLAY yazır ki, aktrisa bu cür hallarının baş verdiyi ailələrdə uşaqların qorxu və əziyyət çəkdiyini xatırladaraq, onların bəzilərinin təəssüf ki, dünyasını dəyişdiyini qeyd edib.
Ulduz məişət zorakılığı haqqında qanun üçün mübarizəsinə davam edəcəyini vurğulayıb.