Olay
Olay

“Aparıcı, prodüser geydir, kiminlə oturasan?” - Video

“Aparıcı, prodüser geydir, kiminlə oturasan?” - Video

Tanınmış reper Elşad Xose televiziya işçiləri barədə müzakirələrə səbəb olacaq açıqlama verib. 

OLAY yazır ki, o, instaqramda canlı yayım zamanı efirlərdən qonorar istəməsi haqda danışıb. Sənətçi eyni zamanda TV işçilərinin LGBTQ+ üzvləri olduğunu iddia edib:

“Ümumiyyətlə, efir düşkünü olmamışam, həmişə qaçmışam. Mədəniyyət sahəsində nadir hallarda belə insan tapa bilərsiz. Bu nə yaxşıdır, nə də pis. Sadəcə belədir. İnsan var ki, gündəmə can atır, ya da mənim kimi efirdən qaçır. Qonağın gey, aparıcın, prodüserin, stilistin geydir. Hamı belədir, kiminlə gəlib oturasan? Kiminlə söhbət edəsən? Nə haqda danışasan? Mən verilişlərdə oxumuram. Efirə çıxıramsa, rep ifa edirəm, hip-hopu təmsil edirəm. Proqramda insan olmayan yerdə, kamera qarşısında oxumaq istəmirəm. Amma danışmağa üstünlük verirəm. O da nədən danışaq? Cavanlıqda bir narkotik söhbəti olub. 

Bu günə qədər də o mövzunu çürüdürsüz. Bu, insanlara maraqlı deyil. Artıq bu söhbəti bilirlər, oldu-keçdi. Bundan başqa digər söhbətlər, məsələlər...

O qədər problemlərimiz var ki, bundan danışın. Yaxşı Xalq və Əməkdar artistlər danışmır. Zəmanə də, dövlət də əladır. Sadəcə bizim sahədə sistemdən, alim həyatından, Elmlər Akademiyasından danışa bilmərəm. Mənim sahəm mədəniyyətdir, musiqidir bundan danışa bilərəm. İstəyir? Örnək, məsləhət müzakirə baxımından nəsə danışacamsa, bunun qiymətini bilirəm. Qonorar deyirəmsə, təəccüblənməyin. Bu qonorar istədiyim ilk veriliş deyil. Ona görə bu söhbəti yığışdırın. Hanısısa məsələdə mənə dəstək lazım olmayıb. Özüm kimə lazımdırsa, dəstək olaram”.

Video: Olayxeber.az