25 fevralda musiqiçi Emir Ersoyla evlənməyə hazırlaşan aktrisa Gökçe Bahadırın bu aralar bəxti gətirib.
OLAY yazır ki, onun eşq həyatına olduğu kimi, maddi vəziyyətində də üzü gülür.
Belə ki, sənətçi məşhur zərgərlik brendlərindən birinin siması seçilib. Onun buradan qazancı isə 5 milyon lirə olacaq.
Qeyd edək ki, Gökçe “Netflix”dəki “Kulüp”, FOX TV-dəki “Evlilik hakkında her şey” serialı ilə gündəmdədir.