Olay
Olay

Menendez qardaşlarının işinə yenidən baxılacaq!

Menendez qardaşlarının işinə yenidən baxılacaq!

Netflix-də Menendez qardaşlarının hekayəsinin yayımlanması ilə qardaşların işi dünya üzrə yenidən gündəmə gəlib.

OLAY yazır ki, Los-Anceles Prokurorluğu 1996-cı ildə ömürlük həbs cəzasına məhkum edilən Menendez qardaşlarının işini yeni sübutlarla yenidən araşdıracaqlarını açıqlayıblar.

Los-Anceles Ştatı Rayon Prokuroru Corc Qaskon mətbuat konfransında verdiyi açıqlamada bunları deyib:

“Hazırda 53 və 56 yaşlarında olan Erik və Lyle Menendez qardaşlarının 20 avqust 1989-cu ildə valideynlərini öldürdüklərinə şübhə yoxdur, ancaq prokurorluq yeni sübutları nəzərdən keçirəcək və bu işdə qardaşların cəzasında bir dəyişiklik olub-olmayacağına qərar verəcək”.

Erik Menendezin yazdığı müraciətdə vəkilinin təqdim etdiyi yeni sübutlar arasında Erikin atasının ona cinsi təcavüz etdiyini doğrulayan bir məktubun olduğu bildirilir. Qardaşlar uzun illər ərzində məruz qaldıqları fiziki, emosional və cinsi təcavüz nəticəsində valideynlərini özlərini qorumaq məqsədi ilə öldürdüklərini deyirlər.

Menendezlərin vəkilləri cəmiyyətin cinsi təcavüz hallarına qarşı dəyişən baxışı səbəbilə qardaşların bu gün birinci dərəcəli qətl ilə məhkum edilməyəcəyini və şərtsiz ömürlük həbs cəzasına məhkum edilməyəcəklərini iddia edir.

Qeyd edək ki, o vaxt 21 yaşında olan Layl Menendez və 18 yaşlı Erik Menendez 1989-cu ildə əyləncə sektorunda icraçı olan ataları Xose Menendezi və anaları Kitti Menendezi ölümcül şəkildə güllələdiklərini etiraf etmişdilər. Lakin onların dediklərinə görə, atasının Erikə uzun müddət cinsi təcavüz etməsini ifşa etmələrinin qarşısını almaq üçün valideynlərinin onları öldürmək niyyətində olduqlarından qorxublar.

O dövrün prokurorları hər hansı təcavüz sübutunun olmadığını bildirərək oğulların “valideynlərinin milyonlarla dollar mirasının arxasında olduqlarını” iddia etmişdilər. 

Məhkəmə heyəti isə qardaşların ölüm cəzasına məhkum edilməsini rədd edərək şərtsiz ömürlük həbs cəzası almalarını dəstəkləmişdi.