“Barselona”nın ulduzu Lamin Yamalın “Qızıl top” mərasiminə gəlişini Azərbaycan mahnısı ilə paylaşılıb.
OLAY yazır ki, gənc ulduzun mərasimin keçirildiyi zala daxil olduğu görüntülərdə Sara Qədimovanın “Pıçıldaşın, ləpələr” mahnısına yer verilib.
Sözügedən post Çempionlar Liqasının rəsmi hesabında yayımlanıb.
Qeyd edək ki, mahnının musiqisi Andrey Babayevə məxsusdur.