İnfluenser Nagehan Abdullayeva həyat yoldaşı Fərid Abdullayevlə ayrılığından və xəyanətə məruz qalmasından danışıb.
OLAY-ın məlumatına görə, bununla bağlı o, instaqramda izləyicilərinin suallarını cavablandırarkən açıqlama verib:
“Bu həyatda “Əsla” deməməyi öyrəndim. Mən çətin günlər yaşadım, çox ağladım, çox incidildim. Amma insan bəzi şeyləri yaşayıb öyrənir. “Kaş ki” demirəm. Çünki yaşadığımız hər şey yaşanmalı idi, bir dərs çıxarılmalı idi. İstanbula getdim, çünki Azərbaycanda qalsam, öhdəsindən gələ bilmərəm, deyə düşündüm. Ailəmə sığındım. Bu günümüzə şükür edirəm. Eşq keçicidir, bir vaxtı var, bunun evliliklə əlaqəsi yoxdur. Onun yerini sevgi, sayğı və bağlılıq alır. Bunu əldə edən iki insan dava-dalaşla da olsa, davam edir. Mənim Fəridə olan sevgimi, eşqimi hər kəs bilir. Hər kəsin bir zəif nöqtəsi olan insan var. İki uşağımın atasıdır, bundan o tərəfi yoxdur. Uşaqlarım atalarına çox bağlıdır. Biz mütləq ortaq məxrəcə gəlməliydik. Bu evlilikdə mənim də səhvlərim var idi. Biz də yenidən yoxlamağa qərar verdik. Hər şeyi keçmişdə qoyduq. Mən son 7-8 ayda daha da olğunlaşdım”, - deyə, Nagehan bildirib.