Olay
Olay

Nərminlə Samir bu səbəbə görə küsüb

Nərminlə Samir bu səbəbə görə küsüb

Müğənnilər Samir Bağırov və Nərmin Kərimbəyova arasında gərginlik yaşanıb.

OLAY  “MTV Azərbaycan”a istinadən  yazır ki, buna səbəb iki sənətçinin  birgə oxuduğu mahnıya çəkiləcək olan klipin sponsorları ilə Samirin söhbəti olub.

Belə ki, Bağırovun sponsordan tək ona maliyyədə kömək etməsini, kliplərini çəkməsini istədiyi iddia olunub. Bu söhbəti eşidən Nərminin prodüseri Samirin hərəkətini bəyənməyərək iş birliyinə son qoyub. Buna görə də, mahnıya klip çəkilməyib.

Qeyd edək ki, Bağırov və Kərimbəyova “Yeni bir bomba” adlı mahnını oxumuşdular.