Olay
Olay

“Ömrümdə ilk dəfə parik taxdım”

“Ömrümdə ilk dəfə parik taxdım”

Əməkdar artist Sənubər İsgəndərli yeni layihələrindən, çəkildiyi filmlərdən, teatrdan və “Evdə qalmış 2” üçün ilk dəfə atdığı addımdan danışıb.

Türkiyəli həmkarı Sumru Yavrucukun “Shirley Valantine” tamaşasını izlməyə gedən aktrisa OLAY-la həmsöhbət olub.  S. İsgəndərli ard-arda yer aldığı layihələrdən söz açıb:

““Qapı” filminin qala gecəsi olacaq. Ondan başqa “Evdə qalmış 2” filminin çəkilişləri tamamlanıb, montaj işləri gedir. Nə vaxt nümayiş olunacağını bilmirəm. Teatrda isə gözləmə mövqeyindəyəm, köhnə tamaşaları oynayıram. Yeni bir iş olmalıdır, onu gözləyirəm. Seriallara da hələ ki yox demişəm. Çünki bir az yoruluram”.

Aktrisa “Evdə qalmış 2” üçün ilk dəfə parik taxdığını deyib:

“Çox gizlinləri açmayım, orada qızımın saçı buruqdur, nəvəmin də. Belə bir şey düşündük ki, üçlük olsun. İlk dəfə parikdən istifadə etdim. 35 illik həyatımda parik qoydum (gülür). Məncə, pis alınmadı, maraqlı oldu. Düzdü özüm-özümdə bir təhər oldum ki, necə alındı görəsən? Laikin tamam başqa bir şey oldu”.

Sənətçi serial təkliflərindən də bəhs edib:

“Sonuncu dəfə “Alatava” serialında rol aldım. Başqa serial təklifi var. İki təklif gəlib. Onlardan biri yüz faiz olmayacaq, istəmirəm. O birisini hələ düşünürəm”.

Əməkdar artist sonda Qazaxıstanda rol aldığı ekran işi haqqında açıqlama verib:

“Qazaxstan kinematoqrafçılarının dəvəti ilə “Canım Qazaxıstan” adlı filmə çəkildim. Orada türkiyəli iş xanımını oynayırdım. Azərbaycandan məndən başqa  gənc aktrisamız Aydan Həsənova getmişdi. Qazaxıstanda, Alanyada çəkilişlərimiz oldu. 

Çox keyifli, keyfiyyətli iş oldu. Onların iş üslubundan çox razı qaldım. Sistem kimi elə qeyri-adilik yoxdur. 

Sadəcə sənətə yanaşma və disiplin başqadır. Ona görə fərqliliklər var”.

Samirə Ərəblinskaya

Video: Soltan İbrahimov