Azərbaycanda fəaliyyət göstərən televiziyaların reytinq nəticələri açıqlanıb.
OLAY yazır ki, göstəriciləri Əməkdar mədəniyyət işçisi, tanınmış rejissor Oqtay Əliyev sosial şəbəkədə yayıb.
8 oktyabr, 2021-ci il göstəricilərinə əsasən, reytinqdə lider kanal ATV-dir.
Sözügedən kanalın 4,43 % AMR, 24,90 % SHR reytinq əldə edib.
Həmin siyahıda ikinci yeri Xəzər TV tutub, onun göstəricisi 2,03 % AMR, 11,39 % SHR-dir.
Üçüncü yerin sahibi isə ARB-dir.
Siyahıda ən sonuncu yeri “MTV Azərbaycan” kanalı tutur. Belə ki, televiziyanın reytinqi 0,32 % AMR, 1,81 % SHR-dir.