Olay
Olay

Ruhiyyə Əliyevanın “Qaranlıqda həqiqət”i...

Ruhiyyə Əliyevanın “Qaranlıqda həqiqət”i...

“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva yeni layihəsi ilə ekrana gəlməyə hazırlaşır.

OLAY yazır ki, bu barədə iş xanımı News24.az-a açıqlama verib. 

“Bu, mənim çoxdankı ideyam idi. Neçə vaxt idi ki, bu barədə düşünürdüm. Məncə, Azərbaycanın ən sayılıb-seçilən, savadlı, bir sözlə, işıqlı insanlarının görünməyən tərəfləri, daxili aləmləri, insan və cəmiyyət haqqında fikirlərini bilmək hamı üçün maraqlı olacaq. Həqiqəti söyləmək həmişə çətindir. Bəzən həqiqəti demək bizə əngəllər yaradır. Cəsarətli insanlar isə bundan qorxmur. Fikrimcə, “Qaranlıqda həqiqət” layihəsi çox həqiqətləri işıqlandıracaq. Bu layihə üzərində böyük bir komanda işləyir. Komandamın hər bir üzvünə və qonaqlarıma şəxsən təşəkkür edirəm. Hər həftənin çərşənbə günü, saat 21:30-da RTV kanalında “Qaranlıqda həqiqət”i izləyə bilərsiniz. Əminəm ki, tamaşaçılar üçün çox maraqlı olacaq”, - deyə, R. Əliyeva bildirib.

Xatırladırıq ki, verilişin anonsu bu gün təqdim olunacaq.