Olay
Olay

Ziyanın AzDrama-dakı rolu Murada verildi

Ziyanın AzDrama-dakı rolu Murada verildi

Bir müddət öncə dizindən xəsarət alan aktyor Ziya Ağa Azərbaycan Dövlət Akademik Milli Dram teatrından ayrılıb. 

“M. Teatr”dakı tamaşalarına da çıxa bilməyən Ziya səhnə fəaliyyətinə fasilə verib. 

OLAY-ın əldə etdiyi məlumata görə, onun AzDrama-da oynadığı “İblis və...” tamaşasındakı Arif obrazının yeni ifaçısı aktyor Murad İsmayıl olub.

Murad bu personaj üçün Akademik Rus Dram Teatrından dəvət olunub.

Qeyd edək ki, Murad həm də Ziyanın xalası oğludur.