Müğənni Rəqsanə İsmayılova növbəti dəfə estetik əməliyyat olunacaq.
OLAY yazır ki, sənətçi bu barədə “Şourum” verilişinə deyib. O bildirib ki, uzun illərdir kompleks yaşadığı bir problemi aradan qaldırmaq niyyətindədir:
“Üzümdəki gellərlə bağlı əməliyyat olunacam. Həmçinin, əməliyyatda çəkiliş olacaq. Səhv etmirəmsə, bir neçə il əvvəl Aygün Kazımova əməliyyatından klip hazırlatmışdı. Məndə də belə olacaq, hər şeyi görəcəksiniz. Başqa heç nə etdirməyəcəm. “Lapet” qoydurmayacam, indi dəbdir. Hamı bir-birinə oxşayır”.