Olay
Olay

“Moşu” koronavirus deyilmiş…

“Moşu” koronavirus deyilmiş…

Azərbaycanın Xalq artisti, “Moşu” obrazı ilə populyarlıq qazanan Valeh Kərimov xəstəxanaya yerləşdirilib.

Bu barədə OLAY-a aktyorun özü məlumat verib. O bildirib ki, hazırda özünü yaxşı hiss edir və sabah evə buraxılacaq.

V. Kərimov koronavirusa yoluxmadığını, yüksək temperatur səbəbindən xəstəxanaya aparıldığını qeyd edib:

“Bir az qızdırmam var idi. Yoxladılar, gördülər ki, heç nə yoxdur. Müalicə olundum, 3 gün xəstəxanada qaldım. Sabah da çıxıram”.

Qeyd edək ki, sənətçinin koronavirusa yoluxma xəbərini ilk dəfə qaynarinfo.az yayıb.