Azərbaycanlı model Günay Musayeva türk mətbuatına müsahibə verib.
OLAY yazır ki, Günay “Milliyet Cadde”yə danışıb. Ayaqüstü jurnalistlərlə söhbətləşən model fəaliyyətindən söz açıb:
“Həftənin beş günü idman edirəm. İstanbuldayamsa, idman zalına gedirəm. Başqa yerdəyəmsə, sabah rutinim var, onu yerinə yetirirəm. Saçımı bir həftə əvvəl kəsdirmişəm. Dəyişiklik hər zaman yaxşıdır”.
Günay həmçinin Rusiyada çəkildiyi “Yaxın xoşbəxtlik” serialından söz açıb:
“Çəkilişimiz yeni bitdi. Dörd ay çəkdik. 2025-də yayımlanacaq. Çəkilişlər Türkiyədə oldu. Gözəl keçdi... Əsas obraz idim, amma pis roldaydım. Modelliyə belə gözəl bədənim olduğu müddətdə davam edəcəyəm. Xaricdəki keyfiyyətli işlərə üstünlük verirəm”.