Olay
Olay

“Bir az da yaraşıqlı olmusan” - İremdən Ayaza

“Bir az da yaraşıqlı olmusan” - İremdən Ayaza

Müğənni Ayaz Babayev türk həmkarı İrem Dericini izləməyə gedib.

OLAY yazır ki, Ayaz sənətçinin Bodrum səhnəsində qonaq olub. A. Babayev Derici ilə maraqlı anlarını instaqramda izləyiciləri ilə bölüşüb.

Hətta İrem səhnədən Ayazı salamlayıb və Babayevin verdiyi gülü götürərək bunları deyib:

“Xoş gəldin. Həmkarım Ayaz Babayev aramızdadır. Sən bir az da yaraşıqlı olmusan ha... Sağ ol, sənin verdiyin gülə allergiyam olmaz”.

 Qeyd edək ki, iki sənətçinin dostluq münasibətləri var.