Bir müddətdir qaraciyər xərçəngindən müalicə alan məşhur kino aktrisası, “Yeşilcam” ulduzu Diler Saraç vəfat edib.
OLAY yazır ki, ustad aktrisa 86 yaşında həyatla vidalaşıb. Bu barədə D. Saraçın qızı Flora Trakyalı məlumat yayıb.
“Əziz anam Dilər Saraçını itirdik. Onları tanıyan, sevən hər kəsə başsağlığı verirəm”,- deyə bildirilib.
Qeyd edək ki, aktrisa 200-dən çox film və serialda rol alıb.