Telegramın sahibi Pavel Durov Fransada saxlanılıb.
OLAY yazır ki, Fransa polisi ilə əməkdaşlıq etmədiyi üçün Telegram vasitəsilə işlənən cinayətlərə ortaq olmaqda günahlandırılan Durov barəsindəki ittihamlar:
— T*rrorizmə dəstək
— N*rkotik vasitələrin qaçaqmalçılığı
— C*nayətlərdə iştirak
— Toplu fırıldaqçılıq
— Çirkli pul yuma
— C*nayətlərin gizlədilməsi
— P*dofil məzmun
— Sanksiyalardan yayınma
Onu da bildirək ki, OLAY-ın əldə etdiyi məlumata görə, Pavel bir neçə gün öncə Bakıya gəlib. O, bir müddət burada zaman keçirdikdən sonra Fransaya yollanıb və saxlanılıb.