Olay
Olay

Xoşqədəm verilişi Doğuşla aparacaq

Xoşqədəm verilişi Doğuşla aparacaq

ARB-də yayımlanan “Səni axtarıram” verilişində artıq iki aparıcı olacaq.
Belə ki, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı ilə bərabər həyat yoldaşı müğənni Doğuş da layihədə yer alacaq.

OLAY yazır ki, bu barədə aparıcı özü proqramda məlumat verib. O, deyib ki, gələn həftədən ifaçı ilə birgə veriliş aparacaq:

“İkimizin birlikdə bir veriliş aparmağımızı istəyirsinizmi? Əziz tamaşaçılar, gözləyin. Bilirsiniz ki, Doğuş çətin həyat yaşamış bir insandır. Bu insanlaırn dərdini məndən yaxşı anlayır. Ona görə bu proqrama tam yaraşacaq. Əslində bu fikir əvvəlki kanalda işləyəndıə var idi. Gələn həftədən, ya da beşinci gündən mənimlə birgə olacaq”.