Olay
Olay

Ən çox dinlənilən 25 mahnıdan 11-i onundur

Ən çox dinlənilən 25 mahnıdan 11-i onundur

Yerli hip-hop sinqlları arasında ən çox dinlənmə əldə edən 25 mahnı bəlli olub.

OLAY yazır ki, 25 trend-in təqdim etdiyi siyahıda lider Payam Türkdür. Onun “Mənəm türk” mahnısı 923 mindən çox “stream” alıb.

İkinci pillədə Okaber “Taboo” mahnısıyla yer alır. Onun dinlənilmə sayı 295 mindən çoxdur.

Üçüncü və dördüncü pillədə Paster (Pərviz Quluzadə) Od-la dueti “Gang” və solo mahnısı “Yenidən”lə qərarlaşıb.

5-ci pillədə AİD ləqəbli Orxan Zeynallının “40-cı paralel” mahnısı var. Onun 210 mindən çox “stream”i var.

Ümumilikdə siyahıda Xpert, Saybu, Epi, Rzza, 21rave kimi sənətçilər daha çox yer alsa da, ən çox mahnısı dinlənilən sənətçi Pasterdir. Belə ki, ilk 25-likdə onun 11 mahnısı liderdir.