Olay
Olay

“AzDrama” koronovirusa görə bağlandı

“AzDrama” koronovirusa görə bağlandı

Son günlər Akademik Milli Dram Teatrının əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb.

OLAY yazır ki, bu barədə Teatrın Mətbuat Xidmətinin rəhbəri məlumat verib. Bildirilib ki, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub: 

“Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılır. Həmin tarixlərdə nəzərdə tutulan tamaşaların fevralın 7-dən etibarən nümayiş olunacaq”.