Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Aynur Həmidova (Canana) arasındakı apellyasiya məhkəməsi baş tutub.
OLAY yazır ki, hakimin qərarı ilə üç uşağın (Tuncay, Ruhlan və Mətanət) qəyyumluğu Cananaya verilib.
Qeyd edək ki, Əməkdar artistin oğlu Kərim və gəlini Canananın qəyyumluq məhkəməsi bir müddət əvvəl başa çatmışdı. Hakim uşaqların atada qalması qərarını vermişdi.
Bundan sonra Canana Apellyasiya Məhkəməsinə müraciət etmişdi.