Türkiyənin məşhur diceyi Mahmut Orhan Bakıda konsert verib.
Sənətçinin “Sea Breeze”də baş tutan tədbirinə minlərlə insan axın edib.
Konsertə 7 mindən çox bilet satılıb. Biletlər günlər öncəsindən tükənib. Hətta çox sıxlıq olduğu üçün tamaşaçılar tədbirə gəlməkdə çətinlik çəkib, onlar 7 km-lik tıxacda qalıblar.
Dünyaca məşhur “Coachella” festivalında da çıxış edən dicey Bakıdakı dinləyicilərini məşhur hitləri ilə coşdurub.
M. Orhanın səhnəsinə gənc xanəndə Kənan Bayramlı da qonaq olub. Bu anlarda dicey Kənanın “Bayatı şiraz” ifasına etdiyi, viral olan remiksi səsləndirib.
OLAY gecədən lentə aldığı görüntüləri təqdim edir: