Olay
Olay

Rauf izləyicilərinə 2000 manat payladı

Rauf izləyicilərinə 2000 manat payladı

Reper Rauf Kingsley yeni albom üzərində çalışır.

OLAY yazır ki, sənətçi yeni albomu ilə bağlı dinləyiciləri ilə yarışma keçirib.

O, instaqram hekayələrində albomla bağlı üç sual ünvanlayıb və hər üç suala düzgün cavab verənləri mükafatlandıracağını bildirib.

Sonra isə sənətçi daha çox dinləyicini sevindirmək qərarına gəlib və 2 min manata yaxın pul hədiyyə verib.