Olay
Olay

“Aygünlə dueti də yadından çıxıb”

“Aygünlə dueti də yadından çıxıb”

Dünyaca məşhur reper Snup Doqun mərhum Xalq artisti Qədir Rüstəmovun ifasını paylaşması müzakirə yaradıb. Belə ki, əksər sosial şəbəkə istifadəçisi repçini xanəndəni ələ saldığını iddia ediblər. 

Bu mövzuya tanınmış müğənnilər də münasibət bildirib.

OLAY yazır ki, müğənni Ayan Babakişiyeva instaqramda məsələyə şərh verərək bildirib ki, sözügedən paylaşımda Rüstəmovun sənətindən bəhs edilmir:

“Bu yumor və ələ salmaq kimi bir paylaşımdır. Belədə ki, 67 milyon izləyicisi ola bilər. Sadəcə onun ifaçı haqqında heç bir məlumatı yoxdur. Mən onun nə səhv, nə də düz olduğunu deyirəm. Hansısa səhifə paylaşıb. Bu da həyatı bivec yaşayan, dünya vecinə olmayan insandır. Əgər insan demək olarsa... Bəlkə də onun Azərbaycanın divası (Xalq artisti Aygün Kazımova-red) ilə dueti də yadından çıxıb. Bir paylaşım edib və təəssüf burada bizim sənətkarımız var. Diqqət etsək, o, instaqramda öz ölkə başçısını belə ələ salan axmaqdır”.

Murad Arif də həmkarı ilə eyni fikirləri qeyd edib. O, Doqun xanəndəni təhqir etdiyini söyləyib:

“Snup Doq Qədir Rüstəmovun ifasından fraqment paylaşıb, sənətkarla məzələnərək təhqiramiz ifadə işlədib. Səhərdən bizimkilərin heyranlıq mesajlarını oxuyuram”.

Qeyd edək ki, “Ay Zaur” proqramından olan arxiv görüntülərdə Qədir Rüstəmov muğam oxuyur. Həmçinin, videoda 2017-ci ildə vəfat edən Xalq artisti Qəndab Quliyeva, aparıcı Zaur Kamal da yer alıb.