Olay
Olay

“7 canlı”nın efiri yarımçıq qaldı

“7 canlı”nın efiri yarımçıq qaldı

Bu gün “7 canlı” proqramının yayımında problem yaranıb.

OLAY-ın məlumatına görə, verilişdə Musayevlər ailəsi qonaq olub. Belə ki, Təranə Qumral, Musa Musayev ifa etdikdən sonra qızları Sevgimcan və Qumral proqramda yer alıb. 

Qumralın ifasından sonra reklam fasiləsi verilsə də, həmin müddət uzanıb. Ardınca “Ağdam və mən” layihəsi yayımlanıb.

Verilişdən sonra Təranə və Musa cütlüyü mövzu ilə bağlı paylaşım edib. Onlar bildiriblər ki, efirin dayanmasına səbəb texniki problemlər olub. Buna baxmayaraq, onların qonaq olduğu buraxılış çəkilib və yayımlanacaq.