Aparıcı Aytən Səfərova filmlərə olan sevgisini sosial media hesabında yansıtmağa çalışır.
OLAY yazır ki, müxtəlif pozalarda fotoları sevməyən, şəxsi instaqram səhifəsində daha çox selfilərini paylaşmağa üstünlük verən jurnalist son günlər fərqli görüntüləri ilə diqqət çəkir.
Belə ki, o mobil aplikasiyalardan istifadə edərək özünü müxtəlif filmlərin obrazları kimi təqdim edir. İzləyicilərinin çoxu ona bu obrazları yaraşdırsa da, digər qismi onlarla razılaşmır.
Qeyd edək ki, Aytən Səfərova keçmiş ANS TV-nin əməkdaşı olub, o, daha sonra ATV-də fəaliyyətini davam etdirsə də, bir müddət sonra oradan da ayrılıb. Aparıcı hazırda Xəzər TV-də “Xəbər ertəsi” layihəsində çalışır.