Müğənni Zamiq Hüseynov paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi foto paylaşaraq bəzi şəxsləri tənqid edib:
“Bəzən deyirsən ki, görəsən, bu instaqramdakılar hər gün qlamur, lüks, dəbdəbəli həyat yaşayırlar? Yox, əlbəttə, elə deyil! Onların çoxu travmalı insanlardır, amma gözəl, sadə məqamları paylaşmaqdan utanırlar. Fikirləri, xəyalları o qədər yüksəkdədir ki, çox incə, gözəl anları yaşaya bilmirlər. Həyat çox gözəldir, hər anını gözəl yaşayın. Həyatınızı yalan gözəlliklərlə deyil, real olduğu kimi gözəlləşdirin və yaşayın”.