Olay
Olay

Yalın Bakıda olarkən qohumu öldürüldü

Yalın Bakıda olarkən qohumu öldürüldü

Bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən türk müğənni Yalına ağır itki üz verib.

OLAY yazır ki, sənətçi ölkəmizdə olarkən onun yaxın qohumu öldürülüb.

Selin Yalın adlı plastik cərrah evində sevgilisi tərəfindən qətlə yetirilib. Hadisə 24 aprel saat 23:00 radələrində baş verib. Həmin gün saat 16:00-da Yalının uçduğu təyyarə Bakıya enib. 

Türk mediasında sənətçinin qohumunun cənazasində iştirak etmədiyi yazılıb. Lakin 26 apreldə baş tutan vida mərasimi günü müğənni Bakıda konsertinin ikinci günündə olub.

Cinayətlə bağlı isə bir sıra detallar üzə çıxıb. Mərhumun sevgilisi həbs olunub və etiraf edib ki, S. Yalını öldürmək istəməyib. Silahın mərmilərini boşaldarkən S. Yalın qəfil onun üzərinə gəlib və atəş açılıb.