“Niyə son illərdə efirlərdə peşəkar, doğru-düzgün, səlis danışan, efirlərdə daimi olaraq qala bilən aparıcılar yetişmir?”.
OLAY yazır ki, bu sözləri aparıcı Vüsalə Əlizadə “7 canlı” proqramında deyib.
O, yeni aparıcıların yetişməməsindən gileylənib:
“Bu, əziyyətdən irəli gəlir, burada pul-maddiyyat vacib deyil. Bunun üçün savad, mütaliə, etika, estetika lazımdır. Çox təəssüflər olsun ki, gənc nəsil arxı tullanmamış “hop” demək istəyir. Biz nə qədər çətinliklərdən keçmişik. Baxırsan ki, universiteti belə doğru-düzgün bitirməyib. Bu insanın iki dəqiqə tələffüzünü, diafraqmasını idarə edib mətn oxumaq qabiliyyəti belə yoxdur. Amma deyir, aparıcı olmaq istəyirəm. Yaxşı aparıcı yaxşı müxbir olmalıdır, yazı qabiliyyəti, peşəkar redaktor olmalıdır, çoxlu kitab oxumalıdır”.