Əməkdar artist Mətanət İsgəndərlinin instaqramdakı son görüntüləri gündəm olub. Belə ki, sənətçinin paylaşdığı videoda qolunun sarıqlı olması və bunu paltarı ilə gizlətməsi diqqətdən qaçmayıb.
OLAY məsələ ilə bağlı sənətçinin özü ilə əlaqə saxlayıb. Telefona cavab verən köməkçisi mövzu barədə danışmaq istəməsə də, İsgəndərlinin yıxıldığını söyləyib.
Bildirilib ki, müğənni bu səbəbdən qolundan xəsarət alıb.
Samirə Ərəblinski