Olay
Olay

Natiq Şirinovun qızının gəlinliyi neçəyə başa gəlib?

Natiq Şirinovun qızının gəlinliyi neçəyə başa gəlib?

Uzun müddət sonra şou-biznesdə günlərlə müzakirə olunan toy baş tutub.

Bir neçə gün öncə ailə quran Xalq artisti Natiq Şirinovun qızı Sevilin gəlinliyi sosial şəbəkələrdə çox danışılıb. 

Kimisi libası bəyəndiyini yazsa da, kimisi həddən artıq qapalı olduğunu bildirib. Gəlinliyi tərzlərinə uyğun bilən istifadəçilər qiyməti ilə maraqlanıb. 

OLAY-ın əldə etdiyi məlumata görə, libas ümumilikdə 1200-1300 manata başa gəlib.

Gəlinlik yerli atelyelərdən birində Sevil üçün özəl hazırlanıb, lakin ona satılmayıb, kirayə verilib. Kirayə haqqı 550 AZN olan libas üçün əlavə parça pulu ödənilib. Paltarın satış qiyməti isə 1600 AZN-dir. 

Qeyd edək ki, bu gün Sevilin Türkiyədə oğlan toyudur.