Olay
Olay

“Mənə düşmür belə bahalı evdə yaşamaq?”

“Mənə düşmür belə bahalı evdə yaşamaq?”

Stilist Anar Ağakişiyevin evindən paylaşdığı görüntülər müzakirələrə səbəb olub. Onun ayaqqabı qarderobunu yayması sosial şəbəkələrdə qınanılıb.

OLAY yazır ki, Anar bütün tənqidi şərhlərə  video paylaşaraq cavab verib. O, bir istifadəçinin “Belə bəxtəbərlər kef etsin, kasıblarımız şəhid olsun” rəyindən danışaraq bunları söyləyib:

“Qəhrəman şəhidlərimizin ruhu və qazilərimizin qarşısında baş əyirəm. Onların etdikləri millətimiz tərəfindən heç vaxt unudulmayacaq. Biz də onları daim yad edib, yaşadacağıq. Mən Azərbaycan vətəndaşı olmasam da, damarlarımda bu millətin qanı axır. Bu vətənə canım da qurban. Sizin yazdıqlarınıza gəlincə... Mənə bunlar göydən düşmür. 22 ildir gecəmi-gündüzümə qatmışam. Adi həyatımdan işimə görə məhrum olub, çətinliklə işləyib min söz götürüb bu vəziyyətə gəlmişəm. Sizin kimi oturub sosial şəbəkələrdə onun-bunun videolarını postlarını izləyib, klaviatura qəhrəmanı kimi paxıllıq dolu şərhlər yazmamışam. İşləmişəm, çalışmışam, öyrənmişəm. Naməlum profillə girib vaxtımı bura sərf etməmişəm. Bax, ona görə də Allah əziyyətimi dəyərləndirir. Sən isə  ömür boyu əlində tutduğun telefonla, klaviaturaya və sosial şəbəkədəki dəbdəbəyə möhtac qalacaqsan. Allah sənin paxıllığını bundan artığına dəyərləndirməyəcək”.  

O, daha sonra paylaşdığı videoda şərh yazanlara layiqli cavabı verdiyini bildirib:

“Ağzınıza gələnləri yazırsınız. Nəhayət bir ağıllı tapıldı və yazdı ki, Anar bunu öz zəhməti ilə qazanıb. 22 ildir işləyirəm, mənə düşmür belə bahalı, şan-şöhrətli evdə yaşamaq? 22 il az deyil. Əvvəl yaşadığım evi və məhəlləni görsəz, deyərdiniz ki, dünyada tanınan bir insan burada qalır?  Sağ olsunlar ağıllı insanlar cavabınızı verirlər. O cavabını aldı onun simasında boş-boş şərh yazanlar sizə dərs oldu. Məni kimsə ilə səhv salmayın. Bu günə qədər gülər üzümü görmüsünüz. Mənim digər pis üzümü göstərməyin. Elə cavab  verərəm ki, sizə 7 qatdan çıxarsınız. Ağzınıza sahib durun. Məşhurları qınaq obyektinə çevirirsiniz. Siz isti yataqda yatanda, toylarda oynayanda, mən səhər 6-da oyanırdım, qul kimi işləyirdim ki, bu səviyyəyə çatım. Mən ev nümayiş etdirmirdim. Lap nümayiş etdirsəm, kimə nə? Boş-bekar şərh yazmaq əvəzinə, sən də 22 ilini qurban elə, işlə, ondan da artıq evdə otur. Bizə düşmən lazım deyil, sizin kimilər var ikən”.