Müğənni Xatun Əliyeva “Elgizlə izlə” verilişində qonaq olub.
OLAY yazır ki, ifaçı ona ünvanlanan “Xanımlar müğənnilərdən dostunuz yoxdur” sualına belə cavab verib:
“Müğənninin müğənniylə dostluğu faciəyə gəlib çıxır, məhkəmələrdə bitir. Təzə-təzə belə şeyləri sevirdim. Sonra gördüm ki, gəlir sənin evinə, yaşam tərzinə baxır, başqa yerdə qeybət edir. Buna görə heç kəslə münasibət qura bilmirəm. Müğənnilərdən dostum var – Beyons. Beyons mənim rəfiqəmdir (zarafat edir – red.)”.