2 il öncə ikinci Qarabağ müharibəsinə həsr olunan 8 bölümlük serialın çəkiləcəyi ilə bağlı məlumat vermişdik.
Türkiyənin Bozdağ Film şirkətinin iştirakı ilə çəkiləcək layihənin sınaq çəkilişləri baş tutsa da, çəkiliş mərhələsi gerçəkləşmədi.
OLAY-ın əldə etdiyi məlumata görə, buna səbəb Mədəniyyət Nazirliyində edilən kadr dəyişiklikləri olub. Hazırda layihə ARKA-nın (Azərbaycan Respublikası Kino Agentliyinin) səlahiyyətinə verilib.
Bundan sonra serial yenidən çəkilərsə, onu ARKA həyata keçirəcək.
Qeyd edək ki, agentliyin baş direktoru vəzifəsini Orxan Sadıqov (Fikrətoğlu) icra edir.