Ötən gün müğənni Vüqar Muradov əməliyyat olunub.
OLAY yazır ki, Bakıda özəl klinikalarda baş tutan cərahi müdaxilə zamanı sənətçinin illər əvvəl ayağına qoyulan dəmir millər çıxarılıb.
Vüqar bu barədə instaqram hesabında məlumat yayıb. Əməliyyatın son dəqiqələrini paylaşan ifaçı narkozdan oyandığını, həkimin xahişi ilə mahnı oxuyacağını bildirib.
O, mərhum Xalq artisti Müslüm Maqomayevin repertuarına müraciət edib.