Olay
Olay

Hansı verilişin vaxtı nə qədər dəyişdirilib?

Hansı verilişin vaxtı nə qədər dəyişdirilib?

ARB TV-də “Elgizlə izlə” və “Səni axtarıram” verilişlərinin efir vaxtanının azalması ilə kanaldakı digər proqramlarda da dəyişiklik olub.

OLAY-ın məlumatına görə, informasiya və analitik proqramı olan “Günə doğru” əvvəl səhər 07.00-09.00 arası yayımlanırdısa, indi verilişin bitmə saatı 10.00 kimi uyğunlaşdırılıb və 60 dəqiqə uzadılıb.

Öncələri 9.55-də start götürən Zümrüd Bədəlovanın “Xəbər-ətər” proqramının vaxtı dəyişdirilib. Veriliş artıq 10.50-də başlayır, 13.00-da bitir. Zaman sürüşkənliyi səbəbilə proqramda reklamların sayı öncəkindən fərqli olaraq daha az olub və məzmun etibarilə indi daha rahat veriliş axımı gerçəkləşib.

Əvvəllər 12.00-da başlayan və 14.45-ə dək davam edən “Elgizlə izlə” proqramı indi 14.00-da başlayır və 16.30-a dək sürəcək. Verilişin vaxtından 15 dəqiqə kəsilib.

Xoşdəqəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişinin yayımından isə 1 saat 45 dəqiqə azaldılıb. Proqram indi 16.30-da başlayıb, 19.00-da bitəcək.

Qeyd edək ki, veriliş daha öncə 4 saat 15 dəqiqə efirə gedirdi.

Onu da bildirək ki, sosial proqramlara çəki-düzən verilməsi və vaxtlarının azaldılması Prezident Administrasiyasının xəbərdarlığından sonra reallaşıb.

Bundan başqa, ATV-də yayımlanan “Bizimləsən” layihəsinin də yayımı artıq 2,5 saatla yekunlaşacaq.