“Survivor” iştirakçısı Yiğit Poyraz yarış zamanı Dominikan vətəndaşlarının birinin evindən oğurluq edib.
OLAY yazır ki, aparıcı Acun Ilıcalı proqramın bugünkü buraxılışında bu barədə danışıb.
“Poyraz bir Dominikan vətəndaşının evinə torba ilə girib, evdə nə varsa torbaya yığıb və çıxıb”, - deyə, aparıcı bildirib.
O əlavə edib ki, həmin şəxsi polisə getməməyə özü razı salıb.
İştirakçı Poyraza isə bu qayda pozuntusuna görə 10 ödüldən yararlanmama cəzası verilib.