Müğənni Nigar Camalın adından dələduzluq edilib.
OLAY yazır ki, bu barədə o, instaqram səhifəsində məlumat verib. Sənətçi bildirib ki, onun adından istifadə edən biri fanatlarını şantaj edib və onlardan pul istəyib.
“Elşad Məmmədov Eldar oğlu adı biri TikTok-da adıma saxta səhifə açaraq, fanatlarıma yazıb və onları aldadıb. Sonra mənimlə görüşdürmək adı ilə pul istəyib. Onlardan şəkillərini istəyib, daha sonra isə şəkilləri yaymaqla şantaj edib. Xahiş edirəm, heç kim bu səhifəyə yazmasın və yazdıqlarına inanmasın”, - deyə, Nigar bildirib.
O, bununla bağlı polisə müraciət edib.