Olay
Olay

“25 manata aldığım məhsul indi 30-u keçib”

“25 manata aldığım məhsul indi 30-u keçib”

Müğənni Nura Suri ərzaq məhsullarının bahalaşmasını tənqid edib.

OLAY yazır ki, o, bu barədə feysbukda status paylaşıb. Nura vurğulayıb ki, hər zaman aldığı məhsuların qiyməti çox artıb:

“Əvvəl 24-25 manata olan məhsul indi 30 AZN-i keçib. 1-2 məhsul alanda bəlkə hiss etmirsiz, amma bazarlıq edəndə ciddi fərq görünür. Zaman keçdikcə imkansız adamlara lap çətin olacaq. Demək olar ki, orta təbəqə çox azdır. Bu artımlar varlıların da gözünə görünmür. Benzin də deyilənə görə, yenə qalxacaq.

Kommunal xərclər də artıb, təqaüd ilə yaşayan insanlara Allah kömək olsun”.