Tanınmış aparıcılar Zülfiyyə Bayramova və İlqar Mikayıloğlunun övladı Nahid hərbi xidməti başa vurub.
OLAY yazır ki, bu barədə Bayramova instaqramda məlumat yayıb. O, oğlunu qarşıladığı videonu paylaşaraq bu sözləri yazıb:
“Nahidim gəldi. Söz verdiyi kimi qalib əsgər olaraq qayıtdı. Allah bütün balaları qorusun, analar belə sevinsin”.