Olay
Olay

“Xoşqədəmlə qalmaqal əyləncəli idi” - Video

“Xoşqədəmlə qalmaqal əyləncəli idi” - Video

Tanınmış Şairə Nazilə Səfərli Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı ilə yaşadığı qalmaqaldan danışıb.  

OLAY yazır ki, o, bu barədə “Astar” yutub layihəsinə qonaq olarkən söz açıb.  N. Səfərli cəriməni ödədiyini, lakin qarşı tərəfdən üzr istəmədiyini qeyd edib:

“Xoşqədəmlə olan hadisədə ağzım yanmadı, qalmaqal əyləncəli idi. Mənə elə-belə adam sataşmayıb ki? Şərəf verib.  Xoşqədəm böyük “skandalist”, heç nədən qaçmayan insan kimi mükəmməldir. Siz onu balaca biri kimi görməyin. Bu dəqiqə Xoşqədəmə kinim yoxdu. Meydana çağırdı, sözümüzü dedik. Mənə minnətdar olmalıdır ki, onun zəif nöqtəsindən istifadə etmədim. Qanundan yayındığım üçün 300 manat cərimə ödədim”.

Qeyd edək ki, tərəflər arasında bu qalmaqal Nazilə Səfərlinin keçmiş qardaşı xanımının Xoşqədəm Hidayətqızının Xəzər TV də yayımlanan “Səni axtarıram” verilişinə müraciət etməsi ilə başlanıb. Tərəflər arasında davam edən məhkəmə prosesi 2019-cu ildə başa çatıb.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şairə Hidayətqızıdan üzr istəməli, bir sıra saytlarda dediyi fikirləri təkzib etməli və xanım aparıcıya təzminat ödəməli idi.