Olay
Olay

Oyun üçün getmişdi, döyüldü

Oyun üçün getmişdi, döyüldü

“Azad” rəqs qrupunun rəhbəri Rəhim Babayev “Portal games” əyləncə şəbəkələrindən şikayətçidir.

OLAY yazır ki, bu barədə R. Babayev feysbukda məlumat verib.

R. Babayev bildirib ki, oyun zamanı fiziki şiddətə məruz qalıb:

“On nəfər idik. Bir adam üçün 18 manat ödəniş etdik. Dedilər ki, sadəcə aktyor sizə toxunacaq, qorxudacaq, başqa heç nə olmayacaq. Lakin oyun zamanı uşaqlar döyüldü. Ağızları, əlləri yaralı, qan içərisində oranı tərk etdik. Sonra dedilər ki, aktyor yenidir, ona görə bilməyib, səhvimiz var, bağışlayın. Amma susmayın, şikayət edin. Başqa hadisələr də ola bilərdi. Çünki uşaqların saçlarından tutub, üzlərinə vururdular, şallaqlayırdılar. Mən etiraz etdim. Guya bu oyunun şərti idi”.

R. Babayev daha sonra status paylaşaraq hadisə ictimailəşdikdən sonra sözügedən oyun mərkəzinin bağlandığını, işçilərin çıxarıldığını deyib.