Dekabrın 22-i premyerası baş tutan “Zəhər tuluğu” filmi bir uğura imza atıb.
OLAY yazır ki, ekran işi son həftədə Azərbaycan kinoteatrlarında ən çox izlənən film olub.
Bu barədə filmin rejissorlarından biri, baş qəhrəmanı canlandıran Taleh Yüzbəyov instaqramda məlumat yayıb. O bütün izləyicilərə təşəkkür edib:
“Əziyyətimizin bəhrəsini bu cür görmək çox xoşdur. İzləməyənlər isə bayram günlərində baxa bilərlər”.