Olay
Olay

“Zeynəb Xanlarovanın adını çəkməzdən əvvəl paklan, qüsl al”

“Zeynəb Xanlarovanın adını çəkməzdən əvvəl paklan, qüsl al”

“Sən xaricdə oturub qeybət etməyi özünə "şərəf" bilirsən. Özünə hörmət edən kişi qeybət etməz! 2020-ci ildə Zeynəb xanımın dünyasını dəyişməsi xəbərini yaydın. Səni təkbətək danışmağa çağırdım, gəlmədin”.

OLAY yazır ki, bu sözləri İnstaqramda Əməkdar artist Mehriban Xanlarova qeyd edib. Aktrisa bibisi, Xalq artisti Zeynəb Xanlarova haqda iddialar səsləndirən Orxan Ağayev adlı şəxsə cavab verib:

“İndi isə bekarlıqdan iddia edirsən ki, Zeynəb xanım uşaq pulunun kəsilməsini təklif edib və sonra ləğv ediblər. Məndə sənə və sənin kimi bu cür şayələrə inanan insanlara demək istəyirəm ki, Zeynəb Xanlarova  milli məclisdə uşaq pulu məsələsi ilə bağlı heç vaxt danışmayıb! Əlində sübutun varsa ictimaiyyətə göstər. Nəzərinə bunu da çatdırmaq istəyirəm ki, internet dövründə yaşayırıq və bütün video-çıxışlar arxivlərdə qalır.  Əgər Zeynəb xanımın belə bir çıxışı olsa, bütün sosial şəbəkələrdə yer alardı. Həyatda hər kəsin dostu və düşməni olur. Bu cür şayələr, Zeynəb xanımın düşmənləri tərəfindən yayılıb. Məqsədləri isə onu gözdən salmaq olub. Lakin arzuları ürəklərində qalıb. Çünki cahil olmayan insanlar araşdıraraq yalan olduğunu anlayırlar. Zeynəb xanım, hər zaman vacib məsələlər ilə bağlı xalqın xeyrinə danışıb. Həmin faktları lazım gələrsə, bir-bir göstərərək sübut edə bilərəm! Ən əsası isə, bütün dünyada konsert verən Zeynəb Xanlarova hər dəfə Azərbaycandan olduğunu xüsusi vurğulayıb. Bununla da SSRİ tərkibində Azərbaycan adlı məkan olduğunu internetsiz dünyada milyonlara tanıdıb.  Azərbaycanın xeyrinə sən hansı işləri görmüsən? Vətənini sevən insan, hansı haqsızlığa məruz qalırsa qalsın, öz ölkəsində haqqlarını tələb edər. “Peraşqi” satmaq məsələsinə gəlincə… Çox absurd və gülünc danışırsan. Əfsanəvi insanların haqqında hər zaman söz-söhbətlər gəzir. Məsələn, Maykl Cekson  uzun illərdir dünyasını dəyişib.  Buna baxmayaraq yenə də haqqında bir çox şayələr yayılır. Hətta öldüyünə belə inanmırlar.  Sən də gündəmə gəlmək üçün Zeynəb xanımın şöhrətindən istifadə edərək şər-böhtan atıb danışmağa başlayırsan. Zeynəb Xanlarovanın adını çəkməzdən əvvəl qüsl al, paklan sonra danış! Vətənpərvərliyi ön cəbhədə göstər! Real həyatda dovşan olub, kamera arxasında şirə, pələngə dönənləri çox görmüşük”.