Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı və dizayner Aynur Xəlilova arasında qalmaqal yaşanıb.
OLAY yazır ki, Aynur Hidayətqızını müğənni Aysel Əlizadəni ailəsini dağıtmaqda ittiham edən Turanə Nəcəflini efirə çıxardığı üçün tənqid edib:
““Oskar” gedir Xoşqədəmə. Xoşqədəm yox, Xoşqədəm xanım. Bu insanın ətrafında onu istəyən kimsə varsa, bildirsin ki, Azərbaycanda savadlı fərqindəliyi olan, verilişində reytinq yığmaq üçün etdiklərinin fərqində olan bir kütlə də var. Tək əzilən qadınların yanında olur öz dünyasında. Həm də psixoloji problemi olan qadını verilişinə reytinq yemi edir. Aqşin Fateh məsələsi. O qadındı, bu birisi bibim oğludu? Orta ailə eksperti kimi oturanların 90 faizi nə savadı var, nə dünya görüşü, nə ailə haqqında söz sahibi ola biləcək xarakteri. Ekspertlər ora zəif olaraq gələn möhtac insanlarla elə üslubda danışır ki, eqo şou. Sıfır idrak, üslub, mədəniyyət. Empatiya yoxsulu insanlar ekspert kimliyinə bürünüb dərs keçir camaata”.
Bundan sonra Aynurun şəklini paylaşan aparıcı bu sözləri yazıb:
“Bilmirəm kimdir. Amma tanıyan varsa, başa salsınlar ki, müzakirə etmək istədiyi şəxsi öz geyim və mənəviyyat tərzinə uyğun seçsin”.
Dizaynerdən X. Hidayətqızına cavab gecikməyib:
“Sizi hamını axtaranda, özünüzə olan hörməti də axtarmağa dəvət edirəm. Siz qadınları reytinqinizə yem edən, reytinq üçün hər xaraktersizliyə göz yuman, insanlara psixoloji şiddət göstərən simasız. Ayaqlarımın şəklini skrin etmək üçün girdiyiniz səhifəmdə ibrət götürə biləcəyiniz videolar da var. Onları izləyib yararlana da bilərsiz. Bəlkə özünüzə olan hörməti geri qaytarmaqda bir əməyim oldu. Sevgilər.
Mən sizə xatırladım kiməm. Köməkçinizi əməkdaşlıq üçün şirkətimə göndərdiyiniz brendin rəhbəri mənəvi dəyərlər mövzusunu isə sizinlə istənilən müstəvidə müzakirəsinə hazıram, əzizim. Hətta iddia edirəm ki mənim dəyərlərim sizin dəyərlərinizi döyər. Çox vacibdi üslub, Xoşqədəm xanım çox”.