Olay
Olay

Azərbaycanlı aktyorlar əlbəyaxa dava etdi

Azərbaycanlı aktyorlar əlbəyaxa dava etdi

Azərbaycanın iki tanınmış aktyoru - Hikmət Rəhimov və Səmimi Fərhad əlbəyaxa dava edib. 

OLAY-ın əldə etdiyi məlumata görə, hər iki tərəfin söz çəkişmələri böyük mübahisə ilə nəticələnib. Hətta Səmiminin Hikmətə xəsarət yetirdiyi də iddia olunur. 

Onların arasında yaranan gərginliyin hansı səbəbdən ortaya çıxdığı məlum deyil.

OLAY məlumatı dəqiqləşdirmək üçün S. Fərhadla əlaqə saxlayıb. Aktyor mövzu barədə açıqlama vermək istəməyib.