90-ci illərin sonu, 2000-ci illərin əvvəlində məşhurlaşan Şeyla şou-biznesə qayıdır.
OLAY yazır ki, uzun illərdir Amerikada yaşayan sənətçi səhnə fəaliyyətinə yenidən başlamaq qərarına gəlib.
“Uzun müddətdir ki, görüşmürük! Şübhəsiz ki, bəziləriniz mənim qəfildən görünməyimin səbəbini güman edirsiz. Bir müddət öncə məni sosial şəbəkələrdə izləyən dinləyicilər, artıq bilir ki, əgər ortaya çıxmışamsa, deməli, torbada pişik var”,- deyə Şeyla bildirib.
Qeyd edək ki, “Sev”, “Sənsiz”, “Gözlərəm” kimi populyar mahnılara imza atan sənətçi 2000-ci illərin əvvəlində səhnə ilə vidalaşıb və ABŞ-a köçüb. O, 2014-cü ildə Amerika vətəndaşı olub, Los- Ancelesdə yaşayır, dizayner kimi fəaliyyət göstərir və iki oğlan övladı var.