Olay
Olay

“Hələ də “Altın Kelebek”imi həzm edə bilmirlər”

“Hələ də “Altın Kelebek”imi həzm edə bilmirlər”

Müğənnilər Ayaz Babayevlə Elvin Abdullayev arasında qalmaqal yaranıb.

 OLAY yazır ki, “Xəbər-ətər”də  qonaq olan Elvin “Altın Kelebek”lə bağlı iddialı fikirlər səsləndirib.

O, aparıcı Zümrüd Bədəlovanın “Builki namizədləri bilirsiniz də” sualına “Keçən ilki namizədlərə görə mənim ümumiyətlə marağım olmayıb. Maraqlanmadım ki, kim gedib” deyərək cavablandırıb.

Bu zaman Bədəlova ötən il namizədlərin sırasında Ayazın olduğunu söyləyib. Elvin Babayevlə bağlı danışmayaraq proqramın digər qonağı Məcid Hüseynovun “Ümumiyyətlə o “Altın kelebek” neçəyədir” sualına gülərək reaksiya verib.

Ayaz sosial şəbəkə hesabında ad çəkmədən Elvinin bu fikirlərinə cavab verib:

“Altın Kelebek almağım 1 il olacaq hələ də şou əhlinin əksəriyyəti bunu həzm edə bilmir. Üz-üzə gələndə qardaş sən ulduzsan, qardaş xahiş etsəm xanımımın iş səhifəsini paylaşarsan, qardaş elə qardaş belə deyən bloka atdığım müğənni, bəstəkarlar (votsapda yazdıqları mahnını oxuyum deyə israr edənlər, yazışmalar da qalır bu arada ), hələ də bu barədə danışırlar! Elə ən layiq özüm idim o ödülə,  mənə verilməsəydi də, sizə verilməzdi, yəni mən parıldadım deyə siz sönmədiniz”.