Xalq artisti Zülfiyyə Xanbabayeva xeyli çəki atıb.
OLAY yazır ki, sənətçi uzun illərdir onu narahat edən artıq kilolarından azad olub.
Xanbabayevanın pəhriz üsulu ilə 12 kq arıqladığı ortaya çıxıb.
Xalq artistinin mədəkiçiltmə əməliyyatı etdirməsi barədə iddialar səslənsə də, estrada ifaçısı məlumatı yalanlayıb.
O, “Söhbət var” proqramında qonaq olarkən axşamlar qida qəbul etmədiyini, şirniyyat məhsullarından uzaq qaldığını qeyd edib.
Xanbabayeva, eyni zamanda hər gün hovuzda üzdüyünü, daim hərəkətdə olduğunu bildirib.